Sanki cəryanlar How I met'in birinci bölümünə baxmağım ilə başlayır. Marşal torpaqlıq baş aşağı bir yerdə oynayır... Özümü torpaqılq bir yolda tapıram. Elə bil atamla mən oturdayıq. Bir neçə nəfər başqası da yaxınlıqlarda vardır. Aşqal tökmək üçün aşqal qabı axtarırıq

Mənimlə uşaqlar oxuldayıq. Şuluqluq pılanımız vardır! AV da qız olub! Yeni öyrətmən gəlib kilas başlayınca birgə oxumağa başlayırıq. Arada mən səsimi ucaltmışkən, mahnı sözlərini unudan uşaqlar susunca iş vaza gedir! ... Yeni öyrətmən "zist"dən danışacaqdır. Kilasda onunla danışıram

Uşaqlarla torpaqlıq bir yoldayıq. Birdən özlərini təpə qılığında gizlənmiş tankların geçdiyini anlayırıq. Uşaqlar tanklara baxmaq üçün yol qırağına qaçırlar, mən təpə başına çıxmağa gedirəm, ancaq çıxa bilməyincə yola sarı dönürəm

Torpaqlıqdayıq. Ata anamda vardırlar. Birdən yuxu gördüyümü anlayıram. Üzəcəyə bənzər uçmağa başlayıram. Sanki bir dağın döşündəyik. Göyə sarı tovraq uçuram. Günəşə sarı getmək istəyirəm... Buludlarla ışığın arasındaykən sanki anamı rahatsız etmiş olduğumu xatırlayıb yerə dönürəm. Bir atlıyla bir piyada ata-anamı qovalamaqdadırlar. Ata-anam da atla qaçırlar. O iki nəfəri izləyib bir az aşağılarda, ata-anamın yaxınlığında qarşılayıram... Orada durmuşkən yuxu dağılmağa başlayır. Yuxudakı əynimi hiss etməyə çalışıram. Yenə üzəcəyə bənzər şəkildə  uçmağa başlayıram; dəlik yuxu dağılır

Sanki oxuldan evimizə dönməkdəyik. Qar yağıb, mən də qalın paltar geymişəm. Evimiz kənd kimi bir yerdədir elə bil. Uşaqlardan birisinin evləri önündəykən nəm-niyə mənə ağlamaq gəlir. Tək başıma ağlayım deyə evlərin dalında görünməyəcək yer axtarıram. Hərdən anamın məni çağırdığını eşidirəm. Neçə evduvarın dalında, bir ağacın yaxınlığında dayanmaq istəyirəm. Ancaq ağacda qarğaları görüncə vaz geçirəm. Cənəvər olmasın deyə ətrafa baxıram. Bir azdan sonra sağ tərəfə getmişkən iki ayıyla  bir qaflan mənə sarı hücum çəkirlər. Özümü qurtarmaq üçün iki bağ arasındakı duvara çıxmağa çalışıra; ancaq ayıların biri də duvarın üstünə atılıb özünü saxlaya bilir




بؤلوملر: دلیک یوخو،

چاغ : پنجشنبه 14 مرداد 1395 | 10:47 | یازان : یوخوچو | باخیش Baxış 0