Mən, Davud, Davudun yoldaşı və yanılmasam Pejman Davudun yoldaşı gilə getdik. Evdə qonaqlıq var ıdı. Biz həyətdə səkki altında oturduq, ikidörd dənə həsir üstündə

Daha sonra özümüzü çöldə tapdım. Səndəl üstündə od başında oturmuşdum. Ətrafda aslan-zad gəzirdi. Hərdən bir də bir uşağın ağlamaq səsi gəlirdi. Birazdan sonra iki qaflan bizə (iki nəfər idik) saldırdılar... Həkim yanına getdik (ikinci kəz olaraq!) Mənim ayağımı qaflan yaralamışdı. Ayağımdan ağ bir su çıxırdı

Şəhərdə gəzirdik. Ağır qar yağmışdı. Atamın yoldaşı da var ıdı. Rahnümayi məktəbimizin tərəfinə çatdığımızda havar-küv səsi eşitdik...! Bir aləm uşaq boş yerdə qargülləsi oynayırdı. Birisiylə danışığımız oldu. 10 il öncə qargüllə savaşında tapıldığımı söylədim

Qargüllə tərəflərinin birinə "qargüllə yığıb saldırmaq" və "havar çəkərək düşmanı qorxutmaq" tekniklərini öyrətdim

Qoca bir kişi, sanki əski öyrətmənlərimizdən, qargüllə meydanının yanında duranlara şirni-şaqalat paylayırdı. Mənə çatanda mırtca "biritaniya amrikadır" deməyimi istədi, mən də mırtca deyib iki şaqalat aldım, ancaq şaqalatların birisinin beş-qıranlıq olduğunu görən kimi mırtca sözümü geri alıp şaqalatları qaytarmaq istədim! Xalq qırıldı gülməkdən. Maşallah özüm də gülməyimi saxlayanmayıb ürəhdən gülürdüm

Bu sıradalarda elə qargüllə meydanının qırağındaykən yuxu gördüyümü anladım. Yuxu qaralmağa başladı; "mən yuxudayam, bu yuxudur" deyib əllərimi bir-birinə sürtərək yuxunu və dəlikliyini saxlaya bildim. Sanki arxamızda yekə bir bina var ıdı. Qapısına sarı gedirdim. Ətraf çimənlik olmuşdu! Zahidə də var ıdı. Əllərimin tərkinə baxdım, xətlərini tam olaraq oxumaq olmayırdı. Binada aşağı qatlara yenirdik

Sanki dəlik yuxu pozuldu, çünkü yuxuda yuxudan oyandım! Xannənəm gildə yatmışdıq. Xalq yuxuda çox sıxıntıdaydı. Yerimi dəyişdikdən sonra yuxumu yazmağa başladım... Saata baxdım, 5:30 zad ıdı. Saatı kağızın başında yazdım




بؤلوملر: دلیک یوخو،

چاغ : جمعه 4 تیر 1395 | 02:19 | یازان : یوخوچو | باخیش Baxış 0