Mənimlə bir nəfər daha yatağın həyətindəyik. Qar yağıb, zombilər dağınaq şəkildə yeriyirlər. Yoldaşıma "gərək qıraqdan əyilərək geçək zombilər bizi görməsin" deyə söyləyirəm. Özüm əyilmədən qıraqdan qaçmağa başlayıram. Yaxınlıqlarından geçdiyim zombilər ardımca düşürlər. Əlimdəki bıçaqla neçəsini vururam. Həyətin ortasına çatanda yuxu gördüyümü anlayıram, uçmağa başlayıram. Zombilərə üstən baxıram, məni görmədən qabağa sarı qaçırlar

Gecədir, göydə yuxarıya uçurkən ulduzları çevrəmdə görürəm. Dayanmadan yuxu olduğunu təkrarlayıram, dodaqlarımın gerçəklikdə də tərpəndiyini hiss edirəm. Gündüz olan bir çöldə enirəm. qıraqda püştü-döşək var. İlk öncə orada oturub meditasyon qılmaq istəyirəm, sonra "elə fikirlərə baxmaq meditasyondur" deyə oradakı bulağa sarı gedib suyundan içirəm. Suyu istidir




بؤلوملر: دلیک یوخو،

چاغ : چهارشنبه 27 بهمن 1395 | 04:35 | یازان : یوخوچو | باخیش Baxış 0