Anam doğum günümü evdə tutmağımızı önərirdi. Nəfərdən 1200 tümən alaraq işin xərcini də çıxardacaq idik! ... Özümü yoldaşımla bir paşazın son qatında, bir kafişap içində tapdım (daha sonra gördüyümcə paşaz uca, qalabalıq idi). Paşazın kafişapından doğum günü qutlaması üçün qiymət xəbər aldım. Oranın sahabı azı yüz minə baxacağını söylədi. Vaz geçdim! Kafişapdan aşağı enirdik. Enərkən yoldaşım üstən pillələrə atlanaraq məndən sürətli enirdi
Paşazın önü geniş bir piyada yoluna sahib bir xiyavan idi. Yoluma bilinməyən bir amaca sarı gedərək davam edirdim. Yeriyərkən, dəlik yuxu görməyi düşününcə yuxuda olduğumu anladım! Yuxu dağılmağa başlayan kimi yeriməklə, əllərimi bir-birinə sürtməklə onu saxlamağa çalışırdım
Dəlik yuxu təkrar yerini adi yuxuya verdi; çünkü yuxuda yuxudan oyanıb üzü-quyulu yatdığımı gördüm
بؤلوملر: دورو یوخو Duru Yuxu،