Arxadaşımla mən maşındayıq. Şehrin qalabalıq yerlərindəyik. Nəm hansı səbəbdən maşını buraxıb yerdə davam edirik. Dörd yol ayrımında bir olay baş veribdir elə bil, xalq yığışıb baxır. Biz olaya baxarkən bir oğlan uşağı məni qucaqlayır. Əynimdə paltov vardır. Arxadaşım oğlana sərt təpki verərək onu uzaqladır. Ceblərimə baxıram bir zad vızılmadımı deyə. Aşağı enirik. Arxadaşım da gedir. Qaranlıq bir dalanın ağzına rast gəlirəm. Bir kişi gəlib əlindəki leyzerə bənzər bir şeylə çıraqları yandıraraq irəli gedir
Elə bil cadu biriylə zerzəmidəyəm. Yuxu gördüyümü anlayıram, unutmamaq üçün oxumaq kimi təkrarlayıram. Bir az düşündükdən sonra barmağımı duvara sıxıram, birazdan duvar xemir kimi olub barmağım içinə batır. Yerə də barmaq sıxıram, eyni olay baş verir. Cadunu qorxutmaq üçün əlimlə duvarın qırağını sıxıb əyirəm. Onu göndərməyi düşünürəm
بؤلوملر: دورو یوخو Duru Yuxu،