Bir xilafçı qurupundan olduğumu gördüm. Sanki başqa bir qurupun yerinə saldırıb pullarını talamaq istəyirdik. Pılan beləydi (qabaqcadan bunu görürdüm kimi!): yaşıl bir jiyanla yerlərinə girib qapıçıya qondarma tanıdım kartı göstərib, ikinci axtaranı güllələyərək pulları talayıb qaçacaq idik. Pılanı gerçəkləşdirmə çağı çatır; qapıçıya kartları göstərdikdən sonra ikinci axtaranla üzləşib onu güllələdik
Sonra əsl yerlərinə (başçıları olan yerə sarı) sürdüb başçılarıyla bir-iki nəfər adamlarını gördük. Yanımdakı onlara bomba atdı, biləsinə bomba açılmasa da bacaraq deyə onları güllələməsini istədiyimdə onları gülləyə bağladı. Biz qaçarkən bomba da partladı
Qayıtdıq öz yerimizə; elə bil şəhərin eşiyində ətrafı ağaclıq olan bir ambarın həyətində yoldaşlarımızla görüşəcək idik. Mən maşından təzə yenmişkən Lili dal sandıqdan hələ maşından yenməmiş yoldaşımızı güllələdi! O birisi yoldaşı da öldürüncə qurupumuzdan onunla mən qaldıq
Lili ilə mən bir hoteldəydik. Təzə oğurladığımız pulları o götürüb, ancaq hamam-ayaqyoluda bir sandıq içində bir çox pul da mənə qalır. Lili qaçmağa yığışır. Oğurladığımız pulların yoro olduğu üçün Liliyə sandıqdan dolar verdim; şübhə yaradıb tutuqlanmasın deyə (sanki onları daha öncə Lili mənə vermiş idi). Qapıdan eşiyə baxırıq. Oynayan bir qız görürəm. Oynayaraq geri çəkilirdi
Hotelin müdürüylə nəm-neçə nəfər otağımıza gəlirlər. Birisi seşvar axtaran koxa bir qadındır; pul sandığının bağlı olduğunu yoxlayıram. Bir kişi də ayrı bir ayaqyoluya giribdir. Hala döndüyümdə playstation dəzgahı qurduqlarını görürəm. "Ədə bə indiyəçən niyə deməmişdiz", "What is wrong whith you" deyə onlara və hotel adamlarından olan bir qoca kişiyə söyləyirəm. Uç nəfərlik driver1 oynayırlar, şuluq bir caddədədir oyun. Atam da oynayanlardandır, ancaq dəstəsi işləmir
بؤلوملر: ساواش یوخوسو،