Cəryanlar "game of thrones"a baxmağımla başlayır. Yeni bölümü çıxıbdır. Sarayı qaranlıq basmış sanki, höküməti ələ keçirənlər şahzadəni alt dünyaya sürgün edirlər (şahzadə bir uşaqdır). Bir qız da (şahzadənin işçisi?) ağlayaraq onu mənə verin deyə yalvarır. Şahzadəni qıza tapşırıb alt dünyaya göndərirlər. Bu sırada mən də cəryanların içindəyəm, məni də alt dünyaya sürgün göndərirlər
Əvvələri dəmir pillələrdir (call of duty-yə bənzər). Aşağı enirəm. Aşağıda addım başı bərqipillə vardır. Bərqi pillələr tovlu çalışmaqdalar. Pillələrin iki tərəfi münhəni kimidir, beləcə tova rəğmən yıxılmaq şansı azalır. Alt dünyada qabağa gedirəm. Dalanda bir pilləlik bərqipillə belə vardır, ancaq qıraqlarda daş pillələri görürəm (bilimyurdumuz dalanı kimi)
Dalanlan həyətli bir yerə çıxıram. Birdən o qızla şahzadəyə rast gəlirəm. Ağlayaraq uşağı qucaqlayıram. Bu sırada hüşdən gedirəm (əynimdəm ayrılıb hüşdən getmiş olduğumu yaxından görürəm). Sanki bu sırada ata-anam tapılır. Qəlbim bir müddət ağlamaqdan dayanmış deyə söyləyirlər. Oranın durumundan danışırıq bir az
Orada iş axtarıram. Resturan kimi bir yerdə qab-qaşıq yuduğumu görürəm. Elə nil neçə iş dəyişirəm. Məcid gilə rast gəlirəm. Məcid oranın yatağını göstərir. Orada güclülərin taxtda yatdığını söyləyib, yerdə yatmağı məslahat sayır.
Ata-anamla görüşməkdəyəm. Atamı güdməyə Cəmilə adlı birisini qoymuşlar. Biz ilk öncə eşikdə, daha sonra içəridə döşəmişik sanki. Biskivit zad varımızdır. Dalandan neçə uşaq gəlib geçir. Birisi içində iki cürə biskivit olan bir qutuya maraqlanır. Biskivit çıxara bilməyincə atam oradan biskivit çıxarıb ona verir, ancaq uşaq vaz geçib yoluna baxır. Bir mahnıya baxırıq. Urmulu bir gənc onu oxuyub sanki, başda çox gözəldir, daha sonra sözləri bir az dolaşıqlı olur. Lat bir gənc də oxumağa gəlir. Atam gil o gəncin heç işə yaramadığını söyləyirlər kimi. Özümlə bir kitab gətirmişəm. Atam gilin də bir qutu kitabları vardır. İki kitab da onlardan götürürəm
 Birdən gənc bir bəsici gəlir. Kitablardan soruşur, mən də açıqlayıram. Əlindəki kitabları satmaq üçün göstərir, birisi nəhc-ülbəlağə, o biri də dua kitabıdır. Elə bunlar mı deyə almayıram (yumuşaq tavırla). Ata-anam yanında qaldığımı soruşur, biz də "yox, bugün buranı döşəmişəm. Böyüyəm ayrı qalıram" deyə yanıtlayırıq. Yataqda məni görmədiyini söyləyir, mən də daha yeni gəldiyimi söylürəm
Elə bil oraya gedəli neçə gün olmuşdur. Bu neçə gündən bir gecəsini yataqda qalmışam kimi gəlir mənə, neçə seri də iş dəyişmişəm



بؤلوم‌لر: باشقا یوخولار، 

تاريخ : شنبه 6 شهریور 1395 | 02:04 | یازار : یوخوچو | باخیش Baxış 0
.: Weblog Themes By BlackSkin :.