Qəhvəxanaya bənzər bir yerdəyəm, adamla doludur. Qəhvəxana çöldə yerləşibdir. Bir kişi içəri girib mırtcasına xalqdan büzüşməmiş gül dilənir. Dibe çatıb döndüyündə bir kişinin gülünü götürür, bu səfər "gül alan var mı" deyə səsləməyə başlayır; gülürük biz. Daha sonra gül əlində eşiyə qaçır. Eşikdə bir dəstə oğrunu (paşaz oğrularını?) aparırlar. Yuxu olduğunu anlayıram, o dəstənin çöldən keçməsinə baxmaq üçün göyə qalxmaq istəyirəm. Sürətlə uçuram, özümü kərvana yaxın saxlamağa çalışıram. Dəstənin ətrafında uçuram. Aparanlardan birisi uca boylu bir kişidir. Yuxudakılar ilə danışmaq nəzərimdən keçir. Kərvanın dövrünə uçaraq yuxum gücsüzlənməyə başlayır



بؤلوملر: دلیک یوخو،

چاغ : یکشنبه 31 اردیبهشت 1396 | 08:02 | یازان : یوخوچو | باخیش Baxış 0
Arxadaşlarımın birisiylə paşazdayıq. Aşağı qatdaykən ona "men çıxım, paşazın qabağında səni gözlürəm" deyə söyləyirəm. Çıxarkən yuxu gördüyümü anlayıram. Xıyavan qırağındayam, dəbiristan kilasdaşlarımdan birisi gəlib məni qucaqlayır, sanki uşaqlardan ikisi daha oradadırlar. Kilasdaşım "sən kimsən" deyə sorğumu "mən sənin zehninəm" deyə yanıtlayır. Bunların hamısı mənim zehnimdir deyə düşünürəm



بؤلوملر: دلیک یوخو،

چاغ : یکشنبه 29 اسفند 1395 | 07:13 | یازان : یوخوچو | باخیش Baxış 0
Mənimlə bir nəfər daha yatağın həyətindəyik. Qar yağıb, zombilər dağınaq şəkildə yeriyirlər. Yoldaşıma "gərək qıraqdan əyilərək geçək zombilər bizi görməsin" deyə söyləyirəm. Özüm əyilmədən qıraqdan qaçmağa başlayıram. Yaxınlıqlarından geçdiyim zombilər ardımca düşürlər. Əlimdəki bıçaqla neçəsini vururam. Həyətin ortasına çatanda yuxu gördüyümü anlayıram, uçmağa başlayıram. Zombilərə üstən baxıram, məni görmədən qabağa sarı qaçırlar

Gecədir, göydə yuxarıya uçurkən ulduzları çevrəmdə görürəm. Dayanmadan yuxu olduğunu təkrarlayıram, dodaqlarımın gerçəklikdə də tərpəndiyini hiss edirəm. Gündüz olan bir çöldə enirəm. qıraqda püştü-döşək var. İlk öncə orada oturub meditasyon qılmaq istəyirəm, sonra "elə fikirlərə baxmaq meditasyondur" deyə oradakı bulağa sarı gedib suyundan içirəm. Suyu istidir




بؤلوملر: دلیک یوخو،

چاغ : چهارشنبه 27 بهمن 1395 | 04:35 | یازان : یوخوچو | باخیش Baxış 0
Arxadaşımla mən maşındayıq. Şehrin qalabalıq yerlərindəyik. Nəm hansı səbəbdən maşını buraxıb yerdə davam edirik. Dörd yol ayrımında bir olay baş veribdir elə bil, xalq yığışıb baxır. Biz olaya baxarkən bir oğlan uşağı məni qucaqlayır. Əynimdə paltov vardır. Arxadaşım oğlana sərt təpki verərək onu uzaqladır. Ceblərimə baxıram bir zad vızılmadımı deyə. Aşağı enirik. Arxadaşım da gedir. Qaranlıq bir dalanın ağzına rast gəlirəm. Bir kişi gəlib əlindəki leyzerə bənzər bir şeylə çıraqları yandıraraq irəli gedir
 
Elə bil cadu biriylə zerzəmidəyəm. Yuxu gördüyümü anlayıram, unutmamaq üçün oxumaq kimi təkrarlayıram. Bir az düşündükdən sonra barmağımı duvara sıxıram, birazdan duvar xemir kimi olub barmağım içinə batır. Yerə də barmaq sıxıram, eyni olay baş verir. Cadunu qorxutmaq üçün əlimlə duvarın qırağını sıxıb əyirəm. Onu göndərməyi düşünürəm




بؤلوملر: دلیک یوخو،

چاغ : پنجشنبه 30 دی 1395 | 08:19 | یازان : یوخوچو | باخیش Baxış 1

Cəryanlar "game of thrones"a baxmağımla başlayır. Yeni bölümü çıxıbdır. Sarayı qaranlıq basmış sanki, höküməti ələ keçirənlər şahzadəni alt dünyaya sürgün edirlər (şahzadə bir uşaqdır). Bir qız da (şahzadənin işçisi?) ağlayaraq onu mənə verin deyə yalvarır. Şahzadəni qıza tapşırıb alt dünyaya göndərirlər. Bu sırada mən də cəryanların içindəyəm, məni də alt dünyaya sürgün göndərirlər...

Qalanı...

بؤلوملر: باشقا یوخولار،

چاغ : شنبه 6 شهریور 1395 | 02:04 | یازان : یوخوچو | باخیش Baxış 0
Sanki ikinci dünya savaşı sıralarıdır. Beno tüfəyi varımdır, belimə də güllə qayışı bağlıdır. Qabaqda, bar kimi bir yerin arxasında neçə nəfər ş-i girov götürüblər (baxdığımda da gözümə çox gözəl görünməyir!). Mən də onların qız arxadaşını girov götürürəm. Onlara tüfək atmaq istəyirəm. Pılastıq qablarda yerləşən iri güllələrim vardır. Onları qayışıma taxıram. Tapança da götürürəm
...
Gördüm yuxudan durub bu yuxunu yazmaq istəyirəm! Anamla nənəm də otağımdadırlar. Hansı gün olduğunu soruşuram, anam cumaaxşamı olduğunu söyləyir. Dəftərdə "cumaaxşamı 13" yazıram. Başlığı girov qoyduqdan sonra cəryanı yazmağa başlayıram



بؤلوملر: باشقا یوخولار،

چاغ : دوشنبه 18 مرداد 1395 | 07:37 | یازان : یوخوچو | باخیش Baxış 0

Sanki cəryanlar How I met'in birinci bölümünə baxmağım ilə başlayır. Marşal torpaqlıq baş aşağı bir yerdə oynayır... Özümü torpaqılq bir yolda tapıram. Elə bil atamla mən oturdayıq. Bir neçə nəfər başqası da yaxınlıqlarda vardır. Aşqal tökmək üçün aşqal qabı axtarırıq

Mənimlə uşaqlar oxuldayıq. Şuluqluq pılanımız vardır

...


Qalanı...

بؤلوملر: دلیک یوخو،

چاغ : پنجشنبه 14 مرداد 1395 | 10:47 | یازان : یوخوچو | باخیش Baxış 0
Neçə gün öncə zombi havası gördüm. Dövlətli bir oğlanın evindəydik.  Evin ətrafı alovlardaydı. Elə bil zombilər saldıracaq ıdılar. Evdən tələsik dərdə dəyən vəsayili yığıb qaçmaq istəyirdik. İki dənə tüfək tapdım, birisi qutusunda güllələriylə balaca bir tapançaydı. Bu sırada alovlar evi də tutdu sanki. Qaçmağa az vaxt qalırdı



بؤلوملر: زامبی یوخوسو،

چاغ : جمعه 8 مرداد 1395 | 11:34 | یازان : یوخوچو | باخیش Baxış 0
Gedib kilasın ön cərgəsində oturdum. İki əlimdə qız oturmuşdu. Çönüb kilasa baxdığımda cəmi üç qız olduğunu gördüm. Uşaqların biri gələrkən "mən kitab gətirməmişəm kağızda yazaram sorğuları" dedi. Dini varımız ıdı. Öyrətmən də gəldi. Bu sırada yuxu gördüyümü anladım. Əllərimi bir-birinə sürtdüm. Durub bir işlər görmək nəzərimdən keçdi, ancaq oturub kilasdan kef aparmağı üstün gördüm. Təkrar dəbiristan kilasında oturmaq çox xoş gəlirdi



بؤلوملر: دلیک یوخو،

چاغ : دوشنبه 4 مرداد 1395 | 12:59 | یازان : یوخوچو | باخیش Baxış 0
Bir xilafçı qurupundan olduğumu gördüm. Sanki başqa bir qurupun yerinə saldırıb pullarını talamaq istəyirdik. Pılan beləydi (qabaqcadan bunu görürdüm kimi!): yaşıl bir jiyanla yerlərinə girib qapıçıya qondarma tanıdım kartı göstərib, ikinci axtaranı güllələyərək pulları talayıb qaçacaq idik...

Yazğının bütününü görmək üçün "...Qalanı" üstündə kilik ediniz


Qalanı...

بؤلوملر: ساواش یوخوسو،

چاغ : چهارشنبه 23 تیر 1395 | 10:54 | یازان : یوخوچو | باخیش Baxış 0

یاپراقلار سایی‌سی : :: 1 2 3 4 5