رزاق بابادن بئله سؤیله‌نیب: جیلولوق زامانی، آغام منی داوار اتی آلماغا یوللادی...

Qalanı...

بؤلوم‌لر: خاطیره Anı، 
تگ‌لر: خاطره جیلولوق، جیلولوق، اورمو، تاریخی خاطره،  

تاريخ : سه شنبه 29 خرداد 1403 | 10:52 | یازار : یوخوچو | باخیش Baxış 0
آتام آتاسیندان ائشیتمیش: ... بیز (طایفا، ائل اولاراق؟) بو شهره گلدیک؛ بؤیوگوموز هره میزه بیر یانی وئریب یئرلشدیردی...

Qalanı...

بؤلوم‌لر: خاطیره Anı، 
تگ‌لر: کوچ، مهاجرت، کؤچ،  

تاريخ : سه شنبه 29 خرداد 1403 | 01:13 | یازار : یوخوچو | باخیش Baxış 0
Qəhvəxanaya bənzər bir yerdəyəm, adamla doludur. Qəhvəxana çöldə yerləşibdir. Bir kişi içəri girib mırtcasına xalqdan büzüşməmiş gül dilənir. Dibe çatıb döndüyündə bir kişinin gülünü götürür, bu səfər "gül alan var mı" deyə səsləməyə başlayır; gülürük biz. Daha sonra gül əlində eşiyə qaçır. Eşikdə bir dəstə oğrunu (paşaz oğrularını?) aparırlar. Yuxu olduğunu anlayıram, o dəstənin çöldən keçməsinə baxmaq üçün göyə qalxmaq istəyirəm. Sürətlə uçuram, özümü kərvana yaxın saxlamağa çalışıram. Dəstənin ətrafında uçuram. Aparanlardan birisi uca boylu bir kişidir. Yuxudakılar ilə danışmaq nəzərimdən keçir. Kərvanın dövrünə uçaraq yuxum gücsüzlənməyə başlayır



بؤلوم‌لر: دورو یوخو Duru Yuxu، 

تاريخ : یکشنبه 31 اردیبهشت 1396 | 08:02 | یازار : یوخوچو | باخیش Baxış 0
Arxadaşlarımın birisiylə paşazdayıq. Aşağı qatdaykən ona "men çıxım, paşazın qabağında səni gözlürəm" deyə söyləyirəm. Çıxarkən yuxu gördüyümü anlayıram. Xıyavan qırağındayam, dəbiristan kilasdaşlarımdan birisi gəlib məni qucaqlayır, sanki uşaqlardan ikisi daha oradadırlar. Kilasdaşım "sən kimsən" deyə sorğumu "mən sənin zehninəm" deyə yanıtlayır. Bunların hamısı mənim zehnimdir deyə düşünürəm



بؤلوم‌لر: دورو یوخو Duru Yuxu، 

تاريخ : یکشنبه 29 اسفند 1395 | 07:13 | یازار : یوخوچو | باخیش Baxış 0
Mənimlə bir nəfər daha yatağın həyətindəyik. Qar yağıb, zombilər dağınaq şəkildə yeriyirlər. Yoldaşıma "gərək qıraqdan əyilərək geçək zombilər bizi görməsin" deyə söyləyirəm. Özüm əyilmədən qıraqdan qaçmağa başlayıram. Yaxınlıqlarından geçdiyim zombilər ardımca düşürlər. Əlimdəki bıçaqla neçəsini vururam. Həyətin ortasına çatanda yuxu gördüyümü anlayıram, uçmağa başlayıram. Zombilərə üstən baxıram, məni görmədən qabağa sarı qaçırlar

Gecədir, göydə yuxarıya uçurkən ulduzları çevrəmdə görürəm. Dayanmadan yuxu olduğunu təkrarlayıram, dodaqlarımın gerçəklikdə də tərpəndiyini hiss edirəm. Gündüz olan bir çöldə enirəm. qıraqda püştü-döşək var. İlk öncə orada oturub meditasyon qılmaq istəyirəm, sonra "elə fikirlərə baxmaq meditasyondur" deyə oradakı bulağa sarı gedib suyundan içirəm. Suyu istidir




بؤلوم‌لر: دورو یوخو Duru Yuxu، 

تاريخ : چهارشنبه 27 بهمن 1395 | 04:35 | یازار : یوخوچو | باخیش Baxış 0
Arxadaşımla mən maşındayıq. Şehrin qalabalıq yerlərindəyik. Nəm hansı səbəbdən maşını buraxıb yerdə davam edirik. Dörd yol ayrımında bir olay baş veribdir elə bil, xalq yığışıb baxır. Biz olaya baxarkən bir oğlan uşağı məni qucaqlayır. Əynimdə paltov vardır. Arxadaşım oğlana sərt təpki verərək onu uzaqladır. Ceblərimə baxıram bir zad vızılmadımı deyə. Aşağı enirik. Arxadaşım da gedir. Qaranlıq bir dalanın ağzına rast gəlirəm. Bir kişi gəlib əlindəki leyzerə bənzər bir şeylə çıraqları yandıraraq irəli gedir
 
Elə bil cadu biriylə zerzəmidəyəm. Yuxu gördüyümü anlayıram, unutmamaq üçün oxumaq kimi təkrarlayıram. Bir az düşündükdən sonra barmağımı duvara sıxıram, birazdan duvar xemir kimi olub barmağım içinə batır. Yerə də barmaq sıxıram, eyni olay baş verir. Cadunu qorxutmaq üçün əlimlə duvarın qırağını sıxıb əyirəm. Onu göndərməyi düşünürəm




بؤلوم‌لر: دورو یوخو Duru Yuxu، 

تاريخ : پنجشنبه 30 دی 1395 | 08:19 | یازار : یوخوچو | باخیش Baxış 1

Cəryanlar "game of thrones"a baxmağımla başlayır. Yeni bölümü çıxıbdır. Sarayı qaranlıq basmış sanki, höküməti ələ keçirənlər şahzadəni alt dünyaya sürgün edirlər (şahzadə bir uşaqdır). Bir qız da (şahzadənin işçisi?) ağlayaraq onu mənə verin deyə yalvarır. Şahzadəni qıza tapşırıb alt dünyaya göndərirlər. Bu sırada mən də cəryanların içindəyəm, məni də alt dünyaya sürgün göndərirlər...

Qalanı...

بؤلوم‌لر: باشقا یوخولار، 

تاريخ : شنبه 6 شهریور 1395 | 02:04 | یازار : یوخوچو | باخیش Baxış 0
Sanki ikinci dünya savaşı sıralarıdır. Beno tüfəyi varımdır, belimə də güllə qayışı bağlıdır. Qabaqda, bar kimi bir yerin arxasında neçə nəfər ş-i girov götürüblər (baxdığımda da gözümə çox gözəl görünməyir!). Mən də onların qız arxadaşını girov götürürəm. Onlara tüfək atmaq istəyirəm. Pılastıq qablarda yerləşən iri güllələrim vardır. Onları qayışıma taxıram. Tapança da götürürəm
...
Gördüm yuxudan durub bu yuxunu yazmaq istəyirəm! Anamla nənəm də otağımdadırlar. Hansı gün olduğunu soruşuram, anam cumaaxşamı olduğunu söyləyir. Dəftərdə "cumaaxşamı 13" yazıram. Başlığı girov qoyduqdan sonra cəryanı yazmağa başlayıram



بؤلوم‌لر: باشقا یوخولار، 

تاريخ : دوشنبه 18 مرداد 1395 | 07:37 | یازار : یوخوچو | باخیش Baxış 0

Sanki cəryanlar How I met'in birinci bölümünə baxmağım ilə başlayır. Marşal torpaqlıq baş aşağı bir yerdə oynayır... Özümü torpaqılq bir yolda tapıram. Elə bil atamla mən oturdayıq. Bir neçə nəfər başqası da yaxınlıqlarda vardır. Aşqal tökmək üçün aşqal qabı axtarırıq

Mənimlə uşaqlar oxuldayıq. Şuluqluq pılanımız vardır

...


Qalanı...

بؤلوم‌لر: دورو یوخو Duru Yuxu، 

تاريخ : پنجشنبه 14 مرداد 1395 | 10:47 | یازار : یوخوچو | باخیش Baxış 0
Neçə gün öncə zombi havası gördüm. Dövlətli bir oğlanın evindəydik.  Evin ətrafı alovlardaydı. Elə bil zombilər saldıracaq ıdılar. Evdən tələsik dərdə dəyən vəsayili yığıb qaçmaq istəyirdik. İki dənə tüfək tapdım, birisi qutusunda güllələriylə balaca bir tapançaydı. Bu sırada alovlar evi də tutdu sanki. Qaçmağa az vaxt qalırdı



بؤلوم‌لر: زامبی یوخوسو، 

تاريخ : جمعه 8 مرداد 1395 | 11:34 | یازار : یوخوچو | باخیش Baxış 0
.: Weblog Themes By BlackSkin :.

یارپاق‌لار سایی‌سی :  ::      1   2   3   4   5